İdman
"Barselona" "Xetafe"ni səfərdə məğlub etdi - VİDEO
İspaniya La Liqasının 32-ci turunda "Barselona" səfərdə "Xetafe" üzərində 2:0 hesablı qələbə qazanıb. Oxu.Az xəbər verir ki, qarşılaşma Xetafedə yerləşən "Koliseum" stadionunda keçirilib. Hesabı 45-ci dəqiqədə Fermin Lopes açıb. 74-cü dəqiqədə isə Markus Reşford fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
"Barselona" 85 xalla turnir cədvəlinin lideridir. "Xetafe" isə 44 xalla 6-cı pillədə qərarlaşıb. Növbəti turda "Barselona" "Osasuna", "Xetafe" isə "Rayo Valyekano" ilə qarşılaşacaq.
"Barselona" 85 xalla turnir cədvəlinin lideridir. "Xetafe" isə 44 xalla 6-cı pillədə qərarlaşıb. Növbəti turda "Barselona" "Osasuna", "Xetafe" isə "Rayo Valyekano" ilə qarşılaşacaq.
Mənbə
oxu.az