Cəmiyyət

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

25 Apr 2026, 19:31 2 baxış
Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

BMT-nin urbanizasiya göstəriciləri ictimai açıq məkanlara əlçatanlığın şəhər həyatı keyfiyyətinin ayrılmaz hissəsi kimi vacibliyini vurğulayır.


Axar.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın X hesabında məlumat yayılıb.


"Bakıda parklar, bağlar və sahilkənarı ictimai zonalar bu prinsipi təcrübədə əks etdirir və Bakının 2040-cı ilədək inkişafına dair Baş Planının prioritetlərinə uyğundur", - məlumatda bildirilib.


Əlavə olunub ki, Azərbaycan təbiəti istirahət və sosial ünsiyyət üçün şərait yaradır, eləcə də məhəllələri daha sağlam, inklüziv və yaşamaq üçün əlverişli etməyə kömək edir:


"Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ərəfəsində bu yaşıl ictimai məkanlar dayanıqlı şəhərlərin formalaşdırılması üçün əlçatan, insanyönümlü şəhər mühitinin vacibliyini vurğulayır".

Mənbə axar.az

Oxşar Xəbərlər