İdman

Azərbaycan derbisinə satılan biletlərin sayı...

25 Apr 2026, 16:10 1 baxış
Azərbaycan derbisinə satılan biletlərin sayı...

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” - “Qarabağ” matçına 6000 bilet satılıb.


Axar.az xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.


Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.


Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.


Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.


Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər