İdman
Avropa çempionatı: Beş güləşçimiz xalçaya çıxır
Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. Oxu.Az xəbər verir ki, bu gün xalça üzərinə çıxacaq idmançılarımız arasında Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) yer alırlar. Günün ən maraqla gözlənilən qarşılaşmalarından biri isə 57 kiloqram çəki dərəcəsində baş tutacaq. Belə ki, təmsilçimiz İslam Bazarqanov qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) həlledici görüşə çıxacaq. Digər güləşçimiz Cəbrayıl Hacıyev (79 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsi və bürünc medal üçün həlledici döyüşdə iştirak edəcək. Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
Mənbə
oxu.az