Cəmiyyət

İrəvanda Türkiyə bayrağı yandırıldı: Rəsmi Bakıdan reaksiya

24 Apr 2026, 12:48 2 baxış
İrəvanda Türkiyə bayrağı yandırıldı: Rəsmi Bakıdan reaksiya

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.


XİN-dən Axar.az-a verilən məlumata görə, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.


"Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.


Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.


Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - XİN-in məlumatında deyilir.

Mənbə axar.az

Oxşar Xəbərlər