Cəmiyyət
Bakıda məktəbli qız özünə xəsarət yetirdi - Video
Ötən gün Bakıda 145 nömrəli tam orta məktəbdə şagird özünə xəsarət yetirib.
Axar.az xəbər verir ki, bu barədə APA TV məlumat yayıb.
VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib.
Şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
İddia edilir ki yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb.
Mənbə
axar.az
Oxşar Xəbərlər