Cəmiyyət
Buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərdi - ADLAR - FOTO
Martın 15-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, 18 saylı orta məktəbdən Zəhra Polad qızı Zərbəliyeva, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Bəxtiyar Vüqar oğlu Həsənli və Rafiq Ramil oğlu Vəlizadə, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyadan Samir Hikmət oğlu Tağızadə, Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi Emiliya Vitalik qızı Qayıbova, Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydən Burlaxatun Bəhruz qızı Məcidli, Sumqayıt şəhəri, 17 saylı orta məktəbdən Əli Mübariz oğlu Əsgərov, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Nəslihan Ruhin qızı Məmmədli, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Zəhra Xamməd qızı Xammədova sözügedən imtahanda maksimum nəticə göstərib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər