Cəmiyyət
Azərbaycanda qadın sahibkarların qarşılaşdığı əsas ÇƏTİNLİKLƏR AÇIQLANDI - FOTO
"Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə nəzərəçarpacaq dərəcədə artıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Bakıda keçirilən "Memarlıq və Şəhərsalma ili" çərçivəsində baş tutan "Qadın iştirakçılığının təbliği" mövzusundakı konfransda deyib. O bildirib ki, qadınlar kiçik biznes qurur, xidmət sahələrinə daxil olur, istehsal fəaliyyətinə başlayır və yeni bazarlara çıxış əldə edirlər: "Bu dinamik məşğulluqda yerli iqtisadi aktivliyə və ümumi biznes mühitinə müsbət təsir göstərir. Qadın sahibkarların qarşılaşdığı əsas çətinliklər də məlumdur. Belə ki, bunlar biznes biliklərinin çatışmazlığı, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu, satış və bazara çıxış məsələləri bu istiqamətdə əsas çağırışlar olaraq qalır. Son iki ildə keçirilmiş yüzlərlə təlim və məsləhət xidmətləri vasitəsilə minlərlə qadın sahibkarlıq fəaliyyətinə cəlb olunub. Eyni zamanda qrant mexanizmləri qadın sahibkarların fəaliyyətini möhkəmləndirir. Son illərdə təqdim edilmiş qrant layihələri çərçivəsində onlarla qadın sahibkar maliyyə dəstəyi əldə edib. Eyni zamanda innovativ fəaliyyət göstərən qadınlara startap şəraitləri təqdim olunub ki, bu da onların vergi yükünü azaltmaqla fəaliyyətlərini genişləndirməyə imkan yaradır". Qurum rəsmisi bildirib ki, bazara çıxış məsələsi diqqət mərkəzində saxlanılır: "Qadın sahibkarların məhsullarının tanıdılması üçün sərgilərdə iştirakına dəstək olunur. Son dövrdə təşkil olunmuş sərgi və yarmarkalarda yüzlərlə sahibkarlıq subyekti iştirak edib və onların əhəmiyyətli hissəsi qadın sahibkarlıq təşkil edib. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də fəaliyyətlər keçirilir".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az
Oxşar Xəbərlər