Cəmiyyət
Magyar bu tarixdə and içəcək
Tisa Partiyasının lideri Peter Magyar 9 mayda Macarıstanın baş naziri kimi and içəcək.
Axar.az xəbər verir ki, bu barədə Magyar özünün X səhifəsində yazıb.
“Andiçmə mərasimindən sonra Budapeşt şəhərində, Parlamentin yanında yerləşən meydanda bayram tədbiri keçiriləcək”, - o əlavə edib.
Qeyd edək ki, Magyarın rəhbərlik etdiyi partiya 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərdə hazırkı Baş nazir Viktor Orbanın hakim koalisiyasına qalib gəlib.
Mənbə
axar.az
Oxşar Xəbərlər