Cəmiyyət
Sabirabad RİH-də yeni təyinat
Sabirabad Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifədən azad edilib. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Siraqəddin Cabbarov müvafiq əmr imzalayıb. Əmrə əsasən, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Əliabbas Həsənov vəzifəsindən azad edilib. Digər əmrlə həmin sektora rəhbərlik müvəqqəti olaraq Ümid Zeynallıya həvalə olunub. Ü.Zeynallı bundan əvvəl İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər