Cəmiyyət

Şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərilib - VİDEO

22 Apr 2026, 15:19 2 baxış
Şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərilib - VİDEO
"YAŞAT" Fondu şəhidimiz Hikmət Həsənovun ailəsinə dəstək göstərib. Oxu.Az xəbər verir ki, şəhidin övladları Rüqəyya və Ruzi fondun vəsaiti hesabına Gəncə şəhərində Xəzər Universitetinin "Dünya Məktəbi"ndə təhsil alırlar. Onlar fond tərəfindən həyata keçirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və məktəbli ləvazimatları ilə təmin ediliblər. Həmçinin, fondun təşkil etdiyi "Bilimdən Zəfərə" layihəsində iştirak ediblər.
Qeyd edək ki, Hikmət Fikrət oğlu Həsənov 15 iyul 1986-cı ildə Gəncə şəhərində anadan olub. 1993-cü ildə Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 saylı məktəbin birinci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbi bitirib. 2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edib. H.Həsənov Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər