Cəmiyyət
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metropolitenin yenilənmiş intervalları - CƏDVƏL
Aprelin 21-də baş vermiş texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb. Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir. Yenilənmiş intervallar: - "Əhmədli-28 May" - 2 dəqiqə 30 saniyə → 2 dəqiqə 8 saniyə - "28 May-Dərnəgül" - 5 dəqiqə → 4 dəqiqə 15 saniyə - "28 May-İçərişəhər" - 5 dəqiqə → 4 dəqiqə 15 saniyə - Digər istiqamətlər üzrə hərəkət cədvəlləri buradan tanış ola bilərsiniz. Qeyd olunub ki, qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər