Cəmiyyət

İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video

22 Apr 2026, 13:44 2 baxış
İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Şaqman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.


Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü Xaləddin Sədrəddin oğlu İmanovu xilas ediblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Mənbə axar.az

Oxşar Xəbərlər