Cəmiyyət
Sumqayıt Şəhər İcra Hakimiyyəti 1 milyon manatlıq gül alır
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə ağac, bitki və güllərin alınması üçün tender elan edib. Oxu.Az-ın məlumatına görə, icra hakimiyyəti alınacaq güllər müqabilində ümumilikdə 1 milyon 8 min 428 manat ödəməyi planlaşdırır. Qeyd edək ki, icra hakimiyyəti layihə çərçivəsində müxtəlif növlərdə ümumilikdə 348 800 ədəd gül alacaq. Tenderdə iştirak haqqı 600 manat nəzərdə tutulub.
Mənbə
oxu.az