Cəmiyyət

Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək

22 Apr 2026, 10:52 2 baxış
Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək
Sabah saat 10:00-dan etibarən Zaqatala şəhəri və Car, Zilban, Kebeloba, Aşağı Tala, Yuxarı Tala, Çökək kəndlərində 11 250 əhali və 150 qeyri-əhali abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin üzərində ölçü (balans) qovşağının quraşdırılması ilə əlaqədardır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər