Cəmiyyət

Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto

22 Apr 2026, 09:34 2 baxış
Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto

Bakı metrosunda qatarların hərəkətində ləngimələr olub.


Axar.az xəbər verir ki, bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında sərnişinlər qatarın gəlməsini 9 dəqiqə gözləməli olublar. Nəticədə qatarların qarşısında ciddi sıxlıq müşahidə olunub.


Qeyd edək ki, ötən gün metroda texniki nasazlıq baş vermiş, metronun bütün stansiyalarına giriş məhdudlaşdırılmışdı.


Bundan sonra metropoliten açıqlama verərək, aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası intervalın 2,5 dəqiqə təşkil edəcəyini, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacağını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər