Cəmiyyət
Bəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"
"Metro stansiyalarına gələn gərginlik xəttində baş vermiş qısaqapanma zamanı hər hansısa yanğın və ya partlayış qeydə alınmayıb". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hadisə zamanı metropolitenin bütün mühafizə sistemi işlək vəziyyətdə olduğundan onlar işə düşüb: "Bütün mühafizə sistemləri dərhal işə düşüb və ona görə də hər hansısa bir yanğın və ya digər hadisə baş verməyib".
Mənbə
oxu.az