Cəmiyyət

Bakıda ictimai nəqliyyatda gecikmə: 13 nömrəli marşrutda İNTERVAL PROBLEMİ - VİDEO

21 Apr 2026, 15:44 2 baxış
Bakıda ictimai nəqliyyatda gecikmə: 13 nömrəli marşrutda İNTERVAL PROBLEMİ - VİDEO
Bakıda 13 nömrəli xətt avtobuslarının dayanacağa gec-gec gəlməsi sərnişinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd edilib ki, avtobuslararası intervalın çox olması günün pik saatlarında sərnişinlərin vaxtında ünvana çatmalarına mane olur. Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 18 avtobusla təmin edilir və xətt üzrə hərəkət 7-8 dəqiqəlik intervalla həyata keçirilir.
"Bununla yanaşı, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Heydər Əliyev prospekti və Moskva prospekti, eləcə də Koroğlu Rəhimov küçəsi və Həsən Əliyev küçəsi istiqamətlərində müşahidə olunan nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir. Qeyd edək ki, sərnişin tələbatının qarşılanması məqsədilə pik saatlarda xətt üzrə həm Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzi, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətlərindən əlavə avtobuslar xəttə buraxılır. Sərnişinlərdən pik saatlarda yaranan sıxlıq və mümkün gecikmələri anlayışla qarşılamaları xahiş olunur. Yaranmış narahatlığa görə üzr istəyirik", - deyə Ə.Əliyeva bildirib.
Bakıda ictimai nəqliyyatda gecikmə: 13 nömrəli marşrutda İNTERVAL PROBLEMİ - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər