Cəmiyyət
Girişi bağlanan metro stansiyalarının qarşısında SON VƏZİYYƏT - FOTO
"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, "Qara Qarayev"-"Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən "Qara Qarayev"-"Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin təxliyəsi təhlükəsiz şəkildə həyata keçirilib. "Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Girişi bağlanan metro stansiyalarının qarşısındakı son vəziyyətdən olan fotoları təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az