Cəmiyyət
Metroda hərəkətin dayanması ilə bağlı AYNA-dan QƏRAR - VİDEO
"Baş vermiş hal ilə əlaqədar hazırda müvafiq istiqamətlər üzrə marşrut xətlərinə əlavə avtobuslar buraxılıb və sərnişin axınının qarşılanması istiqamətində operativ tədbirlər görülür". Bu məlumatı Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva verib.
"Belə ki, metronun "Koroğlu" - "28 May", "Elmlər Akademiyası" - "Nizami" - "28 May" stansiyaları, həmçinin "Əhmədli" stansiyası - Sadıqcan küçəsi istiqamətlərində fəaliyyət göstərən marşrut xətlərinə əlavə nəqliyyat vasitələri cəlb edilib", - deyə Ə.Əliyeva vurğulayıb. Qeyd edək ki, Bakı metrosunda problem yaranması ilə əlaqədar hazırda avtobus dayanacaqlarında da sıxlıq müşahidə olunur.
"Metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir." Bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov verib.
"Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur", - deyə T.Orucov vurğulayıb.

Mənbə
oxu.az