Cəmiyyət

Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı

21 Apr 2026, 12:44 2 baxış
Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı

12:35


Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.


Axar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.


İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.


Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.


Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.


***


"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.


Bu barədə səhmdar cəmiyyətindən bildirilib.


Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.


Mənbə axar.az

Oxşar Xəbərlər