Cəmiyyət
Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ
Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az