Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək

21 Apr 2026, 10:52 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür. Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər