Cəmiyyət

Ağcabədidə ağır qəza: ölən var

21 Apr 2026, 09:48 2 baxış
Ağcabədidə ağır qəza: ölən var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Oxu.az-a istiandla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.


1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub.


Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər