Cəmiyyət
Doğma yurduna qayıdan sakin: "Bu günü uzun illərdir gözləyirdim"
"33 yaşımda Ağdamdan çıxmışam. O günlər çox məşəqqətli idi. İndi isə Allaha şükür edirəm ki, övladlarımla və nəvələrimlə birlikdə doğma yurda qayıdıram". Oxu.Az xəbər verir ki, bu sözləri Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Mənzər Əliyeva deyib. O bildirib ki, bu günü görməyi uzun illərdir arzulayırdı: "Sevincimin həddi-hüdudu yoxdur. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə isə cansağlığı arzulayıram".
Mənbə
oxu.az