Cəmiyyət
Taleh Muxtarov: "12 yaşımda çıxdığım Ağdama 45 yaşımda qayıdıram"
"12 yaşımda Ağdamdan çıxmışdım. 45 yaşında qayıdıram. Bu gözəl günü bizə nəsib edən hər kəsdən Allah razı olsun". Oxu.Az xəbər verir ki, bu sözləri Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Taleh Muxtarov deyib. O bildirib ki, illərlə doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyiblər: "Bu torpaqlardan ayrıldığımız günləri unutmaq mümkün deyil. Çox ağır, məşəqqətli illər yaşadıq. Amma ümidimizi heç vaxt itirmədik. Bu gün isə doğma Ağdama qayıtmaq qürurverici və sevindiricidir. Artıq övladlarımız bu torpaqlarda böyüyəcək".
Mənbə
oxu.az