Cəmiyyət
Ağdam sakini: "Doğma torpaqda yenidən yaşamaq hər birimiz üçün böyük xoşbəxtlikdir"
"Bu günün həsrətini illərdir çəkirdik, nəhayət, Ağdama qayıtmaq bizə də qismət oldu. Əməyi keçən hər kəsə dualarım sonsuzdur. Allah şəhidlərimizə rəhmət eləsin. Prezidentimizin rolu danılmazdır, Allah min dəfə razı olsun. Qazilərimizə sağlam ömür arzulayıram". Oxu.Az xəbər verir ki, bu sözləri Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Bənövşə İmanova deyib. O bildirib ki, 34 yaşında Ağdamdan çıxıb: "68 yaşında doğma yurda qayıdıram. Bu illər ərzində çox çətinliklər gördük, amma ümidimizi heç vaxt itirmədik. Bu gün isə həmin həsrətin sona çatdığı gündür. Doğma torpaqda yenidən yaşamaq hər birimiz üçün böyük xoşbəxtlikdir".
Mənbə
oxu.az