Cəmiyyət

Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub - FOTO

20 Apr 2026, 22:24 2 baxış
Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub - FOTO
Bu gün Bakıda ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıblar. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, pasiyentin qəbulu zamanı tibbi müdaxilə həyata keçirən həkimlərin adları məlum olub. Qeyd olunub ki, prosesdə xəstəxananın Ürək-damar cərrahiyyəsi şöbəsi, Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva, Reanimasiya şöbəsinin həkimi Salatın Babayeva, həmçinin Qəbul şöbəsinin həkimləri Kairə Yüzbaşıyeva, Könül Mirzəyeva və xəstəxananın digər tibb işçiləri iştirak ediblər. Həkimlərin bu cür peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib. Həmin həkimlərin fotolarını təqdim edirik:
Fotoda: Gülnarə Şəbiyeva
Fotoda: Salatın Babayeva
Fotoda: Könül Mirzəyeva
Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub - FOTO Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub - FOTO Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər