Cəmiyyət

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

20 Apr 2026, 15:30 2 baxış
KTMT-dən Bakı və İrəvan haqda açıqlama

KTMT ümid edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Cənubi Qafqazda etibarlı və davamlı sülhə gətirib çıxaracaq.


Axar.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Talatbek Masadikov KTMT Parlament Assambleyası Şurasının iclasında deyib.


Onun sözlərinə görə, təşkilat davamlı sülh və sabitlik axtarışının davam etdiyi Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirir:


“İki ölkə arasında hərtərəfli dövlətlərarası sülh müqaviləsinin imzalanmasına yönəlmiş ümidverici tendensiyaları qeydə alırıq. İnanırıq ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması Cənubi Qafqazda davamlı sülh və sabitliyə aparan etibarlı yoldur”.


Qeyd edək ki, bu gün Moskvada KTMT Parlament Assambleyası Şurasının iclası keçirilir. Ermənistan iclasda iştirak etmir.

Mənbə axar.az

Oxşar Xəbərlər