Cəmiyyət

Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI

20 Apr 2026, 13:20 2 baxış
Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI
"Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü bərpa olunub." Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. "İntensiv yağışların fəsadı olaraq Sabunçu tunelinin altından keçən tullantı su xəttindəki qəza aradan qaldırılıb. Şəbəkə təmir olunaraq bərpa edilib", - deyə məlumatda vurğulanıb. Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyünün çökməsi ilə bağlı məlumat vermişdik.
Mənbə oxu.az

Oxşar Xəbərlər