Cəmiyyət

Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi

20 Apr 2026, 12:50 2 baxış
Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Ucarda yeniyetmə uşaq dünyaya gətirib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər