Cəmiyyət

"Azərpoçt"un rəhbəri işdən çıxdı - Yeni təyinat

20 Apr 2026, 10:36 2 baxış
"Azərpoçt"un rəhbəri işdən çıxdı - Yeni təyinat

09:54


Azərpoçt MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.


Axar.az Report-a istinadla xəbər verir ki, o, PAŞA Kapital İnvestisiya Şirkəti QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.


Trend-in məlumatına görə, Azərpoçt MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə AZCON Holding-də Baş Maliyyə Direktorunun müavini Manaf Babayev təyin edilib.


Xatırladaq ki, İ.Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İdarə Heyətinin üzvü olub.

Mənbə axar.az

Oxşar Xəbərlər