Cəmiyyət
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb - FOTO
Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində baş verib. BMW və "Changan" markalı maşınlar toqquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az