Cəmiyyət
Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi - VİDEO
Bakıda yol hərəkəti zamanı baş verən qəza anı kameralara düşüb. Oxu.Az-ın məlumatına görə, görüntülərdən məlum olur ki, soldakı avtomobil digər nəqliyyat vasitəsinə yol verməyib. Bu zaman sağ zolaqda hərəkət edən sürücü əsəbiləşərək maşının sürətini artırıb və irəlidə dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
Mənbə
oxu.az