İdman

"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO

19 Apr 2026, 02:16 1 baxış
"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO
Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub. Oxu.Az xəbər verir ki, Sevilyada keçirilən final matçında "Atletiko Madrid"lə "Real Sosyedad" üz-üzə gəliblər.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün komandalar turnirin qalibini penaltilər seriyası ilə müəyyənləşdiriblər. "Real Sosyedad" 11 metrlik zərbələrdə madridlilərdən üstün olub - 4:3. Beləliklə, "Real Sosyedad" tarixində dördüncü dəfə İspaniya Kubokunu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər