Cəmiyyət

Xırdalanda qətl hadisəsi: saxlanılan var

18 Apr 2026, 17:35 2 baxış
Xırdalanda qətl hadisəsi: saxlanılan var

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.


İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər