Cəmiyyət

Maşında sıxılı qalmış sürücü xilas edildi - Video

18 Apr 2026, 11:12 2 baxış
Maşında sıxılı qalmış sürücü xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.


"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Fikrət Habil oğlu Mahmudovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər", - məlumatda qeyd edilib.


Bildirilib ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Mənbə axar.az

Oxşar Xəbərlər