Cəmiyyət

Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

18 Apr 2026, 11:28 2 baxış
Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Şəmkirdə yanğın hadisəsi baş verib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.


Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə dərs vaxtı yanğın başlayıb.


Yanğın məktəbin informatika otağında baş verib.


Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.


Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.


Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.


Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər