Cəmiyyət

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

17 Apr 2026, 20:33 2 baxış
Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir.


Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.


“Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Sazişin imzalanmasına gəldikdə isə, sənəd paraflanıb və biz azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və son ratifikasiyası üzərində işləyirik”, - Vaan Kostanyan qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər