Cəmiyyət
Naxçıvanda beş yeni körpələr evi tikiləcək
Naxçıvan Muxtar Respublikasında beş yeni körpələr evi-uşaq bağçası tikiləcək. Oxu.Az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tender elan edib. Belə ki, nazirlik layihə çərçivəsində Naxçıvan şəhəri, Culfa, Ordubad, Kəngərli və Şərur rayonlarında, beş ədəd körpələr evi-uşaq bağçasının inzibati binalarının tikinti işlərinin layihələndirilməsi işlərinin satın alınmasını həyata keçirəcək. Qurum görüləcək işlər müqabilində ümumilikdə 495 min 600 manat ödəməyi planlaşdırır.
Mənbə
oxu.az