Cəmiyyət

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

17 Apr 2026, 19:51 2 baxış
Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Qurtulmuşla görüşü barədə X hesabında yazarkən bildirib.


"Həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi, regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər