Digər
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
ABŞ Yaxın Şərqdə qoşun toplamağa davam edir. Bura təkcə donanma deyil, həm də müxtəlif piyada bölmələri daxildir.
Axar.az xəbər verir ki, bu barədə amerikalı hərbi ekspert Daniel Devis deyib.
O, Vaşinqtonun hərbi əməliyyatlarda müvəqqəti fasilə elan etdiyini, lakin bölgədə ordu qrupları yaratmaqla bağlı əvvəlki planlarından əl çəkmədiyini bildirib:
"Bu iş sürətləndirilmiş templə davam edir. Atəşkəs böyük fırtınadan əvvəlki səssizlik ola bilər".
Qeyd edək ki, ABŞ və İran arasında 8 apreldə iki həftəlik atəşkəs qüvvəyə minib.
Mənbə
axar.az