Digər
Belçika Ukraynaya 1,1 milyard avroluq hərbi yardım ayırdı
Belçika Kiyevə dəyəri 1,1 milyard avro olan yeni hərbi yardım paketi təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Çexiyada səfərdə olan NATO Baş katibi Mark Rutte deyib.
“Dünən Berlində bir neçə NATO ölkəsi Ukraynaya yeni yardımın ayrıldığını elan etdilər. Belçika 1,1 milyard avro ayırdı”, - deyə o bildirib.
Rutte bu yardımın Kiyevə nə zaman göndəriləcəyini açıqlamayıb.
Mənbə
axar.az