Digər

Pakistan baş naziri Türkiyəyə gəldi

16 Apr 2026, 22:58 1 baxış
Pakistan baş naziri Türkiyəyə gəldi

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyəyə səfər ediblər.


Axar.az xəbər verir ki, bu barədə İshaq Dar X sosial şəbəkə hesabında məlumat yayıb.


"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - paylaşımda bildirilib.


Pakistanın xarici işlər naziri bildirib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir:


"Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

Mənbə axar.az

Oxşar Xəbərlər