Digər

Trampdan Papa ilə bağlı növbəti açıqlama...

16 Apr 2026, 23:09 1 baxış
Trampdan Papa ilə bağlı növbəti açıqlama...

Roma Papasına qarşı heç bir etirazım yoxdur.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, qardaşı Luis belə onun tərəfdarıdır.


"Mən onunla konflikt etmirəm. Papa bəyanat verdi. O deyir ki, İran nüvə silahına sahib ola bilər. Mən deyirəm ki, İran nüvə silahına sahib ola bilməz. Papa ilə razılaşmamaq hüququm var”,- deyə Tramp Roma Papası ilə mübahisə etməsinin səbəbləri ilə bağlı suala cavabında deyib.


Qeyd edək ki, Roma Papası XIV Leo ABŞ-ın İrana qarşı siyasətini tənqid etmiş, Donald Trampın İran sivilizasiyasını məhv etməklə bağlı səsləndirdiyi təhdidləri qəbuledilməz adlandırmışdı. Öz növbəsində Tramp da Papanı “cinayət sevməkdə” ittiham etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər