Digər

Tezliklə sülh sazişi imzalana bilər - Tramp

16 Apr 2026, 23:31 1 baxış
Tezliklə sülh sazişi imzalana bilər - Tramp

ABŞ və İran arasında danışıqlar yaxşı gedir, atəşkəs rejiminin uzadılmasına ehtiyac olmaya bilər.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərə bəyan edib.


"İşlərimiz çox yaxşı gedir, bunu sizə deyə bilərəm. Ola bilsin, bu (sülh sazişinin imzalanması), daha tez baş verəcək. Onun (atəşkəsin - red.) uzadılmasına ehtiyac olduğuna əmin deyiləm. Lakin əgər məcbur olsaydım, bunu edərdim", - Tramp bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər