Digər
İranın hara nə apardığını bilirik - Heqset
İran ordusu və SEPAH, hansı hərbi aktivləri və hara apardığınızı bilirik.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib.
“İran, açıq şəkildə Hörmüz boğazına nəzarət etdiyinizi deməyi sevirsiniz, amma nə Hərbi Dəniz Qüvvələri, nə də real ərazi məlumatlılığınız var. Heç nəyə nəzarət edə bilməzsiniz.
Beynəlxalq sulardan qanuni şəkildə keçən kommersiya gəmilərinə raket və dron atmaqla hədələmək nəzarət deyil. Bu, piratçılıqdır, terrorizmdir”, - o bildirib.
Mənbə
axar.az