Digər

İranda internet bərpa olunur

16 Apr 2026, 18:06 1 baxış
İranda internet bərpa olunur

İranda 48 gündən sonra internet tədricən bərpa olunmağa başlayır.


Axar.az xəbər verir ki, bu barədə AFP müxbiri Ramin Xanizadə özünün X səhifəsində məlumat yayıb.


“İranda 48 gündən çoxdur ki, internet tamamilə kəsilib. Hazırda məhdud giriş bərpa olunmağa başlayır və istifadəçilər artıq Quql axtarışdan yenidən istifadə edə bilirlər”, - Xanizadə qeyd edib.


Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatından sonra ölkədə internet tamamilə kəsilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər