Kriminal
Şamaxıda 39 yaşlı kişi dəm qazından boğulub öldü
Şamaxı rayonunda 39 yaşlı kişi dəm qazından boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Əmirov yaşadığı evdə dəm qazından boğulub. Qonşular onun meyitini evində aşkar ediblər. Məlumata görə, X.Əmirov evdə tək yaşayırmış. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az