Dünya

ABŞ İrana qarşı "İqtisadi qəzəb" əməliyyatına başlayıb

16 Apr 2026, 02:08 1 baxış
ABŞ İrana qarşı "İqtisadi qəzəb" əməliyyatına başlayıb
"ABŞ İrana maliyyə təzyiqi göstərmək məqsədilə "İqtisadi qəzəb" əməliyyatına başlayıb". Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Skott Bessent bildirib. "Daha əvvəl Vaşinqtonun İrana qarşı hərbi kampaniyası "Epik qəzəb" adını almışdı. İndi isə Prezident Donald Tramp administrasiyası bombardmanların "maliyyə ekvivalenti" olacaq addımlar hazırlayır", - deyə Skott Bessent bəyan edib. ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, İran Yaxın Şərqdəki qonşularını bombalamaqla "ölümcül səhv" edib və həmin qonşular indi öz bank sistemlərində saxlanılan İran vəsaitləri barədə "böyük şəffaflıq" nümayiş etdirirlər. Skott Bessentin sözlərinə görə, ABŞ bu ölkələrə müraciət edərək İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyinin vəsaitlərinin dondurulmasını xahiş edib. O, həmçinin ölkələri İran neftini almağın təhlükəsi barədə xəbərdar edib: "Əgər onların bank hesablarında İran pulları aşkar olunarsa, ABŞ ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını nəzərdən keçirəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər